top of page

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi barədə ən çox soruşulan suallar və onların cavabları.

Zəhmət olmasa, sualların tam yüklənməsi üçün bir neçə saniyə gözləyin.

  • “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi nədir?
    Layihə erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq yaradılıb. 2017-2018-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə, 2019-ci ildən etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) tərəfindən həyata keçirilir.
  • “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin məqsədi nədir?
    Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzləri nədir?
    Mərkəzlər “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərir.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzlərin iş fəaliyyəti nədən ibarətdir?
    Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin xüsusi dərs proqramı var?
    Bəli. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram (kurrikulum) əsasında keçirilir. Proqramda uşaqların 4 inkişaf dinamikası izlənilir: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzləri harada yerləşirlər?
    İcma Mərkəzləri hal-hazırda 50 şəhər və rayonda yerləşir: Ağcabədi, Ağdam, Ağdaş, Ağstava, Ağsu, Astara, Bakı, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Saatlı, Sabirabad, Samux, Şabran, Şəki, Salyan, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Zərdab.
  • Bizim şəhərdə, rayonda və ya kənddə icma sinfinin olub-olmamasını haradan öyrənə bilərəm?"
    İcma sinfinin olub-olmaması ilə bağlı Rayon təhsil şöbəsindən məlumat əldə edə bilərsiniz və ya bu linkə (www.icmalayihesi.edu.az/icma-qruplari) daxil olaraq layihə üzrə bütün İcma mərkəzlərinin siyahısına baxa bilərsiniz.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzləri ödənişlidir?
    Xeyr, İcma əsaslı uşaq təhsil mərkəzləri tamamilə ödənişsizdir.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzlərində fəaliyyət göstərən qruplarda uşaq sayının limiti var?
    Bəli. Hər bir qrup üçün 20 uşaq nəzərdə tutulub. İstisna hallarda uşaq sayı 22-ə çata bilər.
  • Valideynlər dərs prosesində iştirak etməlidirlər?
    Bəli. Valideynlər uşaqların tədris prosesində vacib rol oynayırlar və bu səbəbdən, valideynlərin dərs prosesində iştirakı labüddür. Həmçinin valideynlər müəllimlərə kömək və dəstək göstərməlidirlər.
  • Uşaqlar üçün ləvazimatlar təmin olunur?
    İcmalarda açılmış siniflər müvafiq avadanlıqlarla təmin olunur. Bura şkaflar, xüsusi rəngli stol və stullar, oyuncaqlar, həm müəllim, həm də uşaqlar üçün müvafiq tədris resursları və proqramlar aiddir.
  • Mən övladımı icma siniflərinə necə yazdıra bilərəm?
    İcma sinifləri müvafiq olaraq müəyyən olunmuş rayonların kənd məktəblərində fəaliyyət göstərir. İcma siniflərinə 3-4 yaşlı uşaqlar qəbul olunurlar. Uşağı icma siniflərinə qəbul etməklə bağlı yerli təhsil şöbəsinə və müvafiq olaraq rayon koordinatoruna müraciət etmək lazımdır. Qəbul şərtləri ilə bağlı bu linkə daxil olun: www.icmalayihesi.edu.az/qebul
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə uşaq qəbulu üçün lazım olacaq sənədlər hansılardır?
    Qəbul üçün tələblərin siyahısı ilə bu linkdə www.icmalayihesi.edu.az/qebul tanış ola bilərsiniz
  • Mövcud İcma əsaslı Uşaq Təhsil Mərkəzlərində ikinci qrupun açılması nəzərdə tutulur?
    Hal-hazırda nəzərdə tutulmur, lakin yaxın gələcəkdə yeni qrupların açılması istisna edilmir.
  • İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə necə müəllim kimi işə qəbul olmaq olar?
    Tərbiyəçi-müəllimlərin işə qəbulu barədə bu linkdən www.icmalayihesi.edu.az/qebul məlumat əldə edə bilərsiniz.
  • İşə qəbul olan müəllimlər üçün hər hansı bir təlim nəzərdə tutulub?
    Bəli, il ərzində 3 dəfə Bakıda təlimlər nəzərdə tutulub. Təlim müddətində müəllimlərin yol, otel və yemək xərcləri layihə tərəfindən qarşılanır. Təlimlər barədə ətraflı məlumat üçün bu linkə daxil olun: www.icmalayihesi.edu.az/telimler
  • Yeni vakansiyalar barədə necə məlumat ala bilərik?
    Bu barədə Rayon təhsil şöbəsinin, Məktəbin və İcma Mərkəzinin məlumat lövhələrinə elanlar yerləşdirilir. Əlavə məlumat üçün Rayon təhsil şöbəsindən məlumat əldə edə bilərsiniz. Əlavə olaraq, yeni vakansiyalar barədə saytda məlumat veriləcək.
  • “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi ilə necə əlaqə saxlaya bilərik?
    Bizimlə əlaqə saxlamaq üçün icmalayihesi@arti.edu.az elektron ünvanına e-mail yaza bilərsiniz.
bottom of page