top of page
Ara

Tərbiyəçi-müəllimlər üçün peşəkar inkişaf yönümlü təlimlər keçirilib

  • Yazarın fotoğrafı: İcma əsaslı məktəbəqədər təhsil
    İcma əsaslı məktəbəqədər təhsil
  • 23 Kas 2023
  • 1 dakikada okunur
18-19 noyabr tarixlərində “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsi çərçivəsində 55 rayonda fəaliyyət göstərən 750 nəfərdən çox tərbiyəçi-müəllim üçün peşəkar inkişaf yönümlü təlimlər keçirilib.

Təlimlər regionlar üzrə 46 mərkəzdə təşkil olunmaqla, 12 akademik saatı əhatə edib.


Təlimlər məktəbəqədər təhsil sahəsində əhəmiyyətli olan 6 mövzudan ibarət olub:

  1. Erkən uşaq inkişafı və onun əhəmiyyəti

  2. Tədris proqramı və guşələrlə iş

  3. Sinfin idarə olunması

  4. Uşaqlarda sağlamlıq və gigiyena qaydaları

  5. İnkişaf dinamikası – qiymətləndirmə

  6. Valideynlərlə Əməkdaşlıq




 

“İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsi 2017-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərməkdədir. Layihənin əsas məqsədləri 3-5 yaşlı uşaqların erkən təhsilə əlçatanlığının artırılması, məktəbəqədər təhsilin təşkilində valideynlərin təhsil xidmətlərinin idarə olunmasında və monitorinqində fəal iştirakını təmin etməkdir.

 
 

2017 - 2023 | İcma əsaslı məktəbəqədər təhsil

bottom of page